Neftimiz məyus etdi

04 Oktyabr, 2019 10:13 | İqtisadiyyat | Baxış sayı: 64
Neft
Neft

"Qara qızıl" 0,2 dollar dəyər itirib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,2 ABŞ dolları və yaxud 0,33% azalıb.  “Azeri Light” markalı neftin bir barelinin qiyməti 60,16 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Ucuzlaşma digər marakalarda da müşahidə edilir. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar ucuzlaşaraq 57,57 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar artaraq 52,67 dollar təşkil edib.