BP-nin direktorunun istefa vaxtı bilindi

04 Oktyabr, 2019 11:20 | İqtisadiyyat | Baxış sayı: 29
Robert Dadli
Robert Dadli

Dadli öz postu 2020-ci il martın 31-də tərk edəcək

Böyük Britaniyanın BP şirkətinin Baş icraçı direktoru Robert (Bob) Dadli  öz postundan gedəcək. O, 2020-ci il martın 31-də istefaya gedəcək, eyni zamanda şirkətin Direktorlar Şurasını tərk edəcək.

40 ildir BP-də çalışan, 9 ildən çoxdur şirkətin Baş icraçı direktoru olan R.Dadlini BP-nin hasilat üzrə icraçı direktoru Bernard Luni əvəz edəcək. 49 yaşlı B.Luni gələn il fevralın 5-dən Direktorlar Şurasına daxil olacaq, o zamana qədər isə hazırkı funksiyalarını yerinə yetirəcək.

64 yaşlı Dadli ömrünün 40 ilini bu şirkətə həsr edib. Bunlardan 9 ilini o rəhbər postda olub.