Azərbaycanda 25 min manata telefon nömrəsi satılır - ŞOK

04 İyul, 2019 10:14 | İqtisadiyyat | Baxış sayı: 224
Mobil telefon
Mobil telefon

14-15 min manata da nömrələr var

Dünyada mobil telefon nömrələrinin gözqamaşdırıcı qiymətə satılması təcrübəsinə tez-tez rast gəlinir.

İstiPress-in məlumatına görə, Azərbaycanda da "qızıl nömrə" kimi təqdim edilən mobil telefon nömrələrinin öz həvəskarları var. Məsələn, bu günlərdə ölkəmizdə 25 min manata mobil telefon nömrəsi satışa çıxarılıb və "Qaynartinfo" xəbər verir ki, 050 21155 85 nömrəsinin qiyməti məhz bu qədərdir. Nömrənin satışını isə "555 Telekom" mağazası təşkil edir. 

Qeyd edək ki, Azərbaycanda əksər iri məmurların və iş adamlarının mobil telefon nömrəsi nəyə görəsə, bir qayda olaraq, 211-lə başlayır.  Bu rəqəmlərlə başlayan nömrələr arasında 14 min manata (050 211 58 56) satılan da var, 15 min manata satılan da (050 211 59 69). 

050 211 16 21 nömrəsini isə 10 min manata almaq olar.