Azərbaycanda elektrik enerjisi təminatı tam bərpa olunub

04 İyul, 2018 11:40 | İqtisadiyyat | Baxış sayı: 68
Elektrik
Elektrik

“Azərenerji” ASC bütün ölkə ərazisində elektrik enerjisinin tam təmin olunması üçün bütün operativ tədbirləri həyata keçirib.

Bunu  Trend-ə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlı bildirib ki, ölkədə elektrik enerjisi təminatı daxili istehsal hesabına artıq gecə saat 03:30-da tam təmin olunub.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri qeyd edib: "Hazırda ölkədə elektrik enerjisi təminatı stabildir. Son hadisə göstərdi ki, “Azərenerji”nin oxşar problemləri operativ şəkildə aradan qaldırmaq üçün texniki imkanları və peşəkar kadrları var".