Rusiyaya görə neft şirkətləri ayağa qalxır

04 İyul, 2017 11:20 | İqtisadiyyat | Baxış sayı: 139
Neft şirkətləri narazıdır
Neft şirkətləri narazıdır

"Bu qlobal böhrana gətirib çıxara bilər"

Amerikanını neft korporasiyası "Exxonmobile" və "Chevron" kimi şirkətlər Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi haqqında qanun layihəsindən narazıdır. İstiPress xəbər verir ki, bu barədə "The Wall Street Journal"da məqalə dərc edilib. 

Şirkətlərin fikrincə, bu addım Rusiyada neft-qaz layihələrinin dayandırılmasına gətirib çıxaracaq və nəticədə qlobal neft-qaz böhranı baş verə bilər.

Onlar konqresin iyunun 15-də Rusiya və İrana qarşı təsdiqlənmiş yeni sanksiyalara qarşı çıxırlar. Bu sanksiyalar həm Rusiya vətəndaşları, həm də bu ölkəyə aid şirkətlərin ABŞ-da bizneslə məşğul olmasını əngəlləyir.

Məlumatda o da bildirilir ki, sanksiyalarla "Exxonmobile" şirkətinin Nyu-Meksiko ştatındakı layihəsinə ciddi əngəl yarada bilər. Çünki həmin layihədə "Rosneft" pay sahibidir.