Azərbaycanlı “Qazprom” şirkətində yüksək vəzifəyə təyin olunub

04 Aprel, 2019 20:50 | İqtisadiyyat | Baxış sayı: 88
“Qazprom”
“Qazprom”

O, iqtisadi-maliyyə fəaliyyətindən məsul olacaq

Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub.

İstiPress TASS-a istinadən xəbər verir ki, bu posta azərbaycanlı Famil Sadıqov gətirilib. 

O, iqtisadi-maliyyə fəaliyyətindən məsul olacaq.

Qeyd edək ki, F.Sadıqov 2009-cu ildən Rusiya “Qazprombank”nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.