Qoyun ətinin kilosu 40 manata çatdı

04 Fevral, 2019 12:20 | İqtisadiyyat | Baxış sayı: 380
Ət məhsulları
Ət məhsulları

Azərbaycanın cənub qonşusunda ət böhranı

İranda ət böhranı yaranıb. Bu ölkəyə qarşı tədbiq edilən sanksiyalara görə iqtisadiyyatın zərər görməsi özünü qida sektoru, xüsusi qırmızı ət satışında da göstərir.  

Son məlumata görə, ölkədə qoyun ətinin bir kiloqramının qiyməti 40 manata kimi bahalaşıb. Bunu İranın Statistika Mərkəzinin iqtisadi məsələlər üzrə direktor müavini Cavad Hüseynzadə deyib. Onun sözlərinə görə, ölkədə qoyun əti ötən ilin analoji dövrü ilə müqayisədə 70% artıb. Buna baxmayaraq ətin qiyməti 490 min rialdan (təxminən 11,6 dollar) 995 min riala (təxminən 23,6 dollar) artıb.

İnflyasiyanın orta hesabla 39,6% olub. 

Xatırladaq ki, hələ yanvarın sonunda İranın kiçikbuynuzlu heyvandarlıq birliyinin sədri Əli Əsgər Meleki Rumıniyadan 50 min qoyun idxal edəcəklərini açıqlamışdı. O, bunun ölkədəki ət qiymətlərini saldıracağına ümid edirdi.