Tramp ABŞ-ın borcunu artırdı

04 Yanvar, 2019 10:40 | İqtisadiyyat | Baxış sayı: 53
Donald Tramp
Donald Tramp

İki ilə borc 2 trilyon dollardan çox artıb

ABŞ-ın dövlət borcu Donald Trampın prezidentliyi dövründə 2 trilyon dollardan çox artıb. Bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin məlumatlarını təhlil edən CNN telekanalı məlumat yayıb.

Məlumata görə, respublikaçıların ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatına bu nəzarət dövrü ərzində dövlət borcu əməli olaraq 22 trilyon dollara (21,974 trln. dollar) çatıb. Bu isə 10 faizlik artım deməkdir. 

Donald Tramp 2016-cı ildə aparılan seçki kampaniyası zamanı ölkənin böyük miqdarda dövlət borcu problemini iki prezidentlik dövrü və ya 8 il müddətində həll edəcəyinə vəd verib. Tramp onun islahatlarından və ticarət razılaşmalarının yenidən nəzərdən keçirilməsindən sonra ABŞ-a borcunu nağd şəkildə ödəmək imkanı verəcək iqtisadi artımın başlayacağına əminliyini ifadə edib.