Neft bahalaşdı

04 Yanvar, 2019 11:25 | İqtisadiyyat | Baxış sayı: 57
Neftçi
Neftçi

Azərbaycanın məhsulunda isə ucuzlaşma var

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,85 dollar ucuzlaşaraq 56,34 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,36 dollar bahalaşaraq 56,31 dollara təklif edilir.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,32 dollar artaraq 47,41 dollar təşkil edib.