Neftdən üç illik rekord

04 Yanvar, 2018 08:30 | İqtisadiyyat | Baxış sayı: 174
Neft
Neft

Qiymət 70 dollara çatır

Neft üç illik rekordunu yeniləyib. İstiPress-in məlumatına görə, "qara qızıl" yeni iş həftəsinə bahalaşma ilə başlayıb.

"Brent" markalı neftin qiyməti 2,1 faiz artıb. İndi bu markadan olan neftin bir bareli 68,1 dollaradır. 

Bu qiymət son dəfə 3 il öncə -  2015-ci ilin mayında qeydə alınmışdı. 

Qiymət artımı dünyanın ən böyük neft hasilatçəlarından biri hesab edilən İranda baş verən etirazlar fonunda baş verir. Ölkədə dekabrın 28-də qiymət artımına görə başlayan etiraz aksiyaları hələ də davam edir. Toqquşmalar 20-dən çox insanın ölümü, 500-dən çox nümayişçinin isə həbsi ilə nəticələnib.