Qətərdən dünyanı şoka salan qərar

03 Dekabr, 2018 11:22 | İqtisadiyyat | Baxış sayı: 140
Neftçi
Neftçi

Ölkə OPEK-dən ayrılır

Qətər 57 il öncə üzv olduğu OPEK-dən (Neft İxrac Edən Ölkələr Birliyi) ayrılacaq. İstiPress-in məlumatına görə, bu barədə ölkə rəsmisi - energetika işləri üzrə dövlət naziri Saad bin Şrida əl-Kaabi məlumat verib.

"Qətər 2019-cu ilin 1 yanvar tarixindən OPEK-dən ayrılmağa qərar verib. Bazar ertəsi günü bu barədə təşkilata rəsmi məlumat veriləcək", deyə nazir qeyd edib. 

Ölkə qaz hasilatı sahəsinə diqqətini yönəltmək istəyir. 

OPEK - xam neft kvotasına nəzarət üçün yaradılan təşkilatdır. Bu təşkilata Əlcəzair, Anqola, Venesuella, İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və s ölkələr daxildir. Təşkilat üzvləri dünya neft ehtiyatının təqribən 2/3 nəzarət edir. Dünyada neft hasilatının 45 faizi məhz onların payına düşür.