Neft bahalaşdı, amma...

03 Dekabr, 2018 12:44 | İqtisadiyyat | Baxış sayı: 81
Neft
Neft

Bahalaşma Rusiya -Səudiyyə razılaşması fonundadır

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,87 dollar artaraq 62,33 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 2,64 dollar bahalaşaraq 53,57 dollar olub.

Xatırladaq ki, bahalaşma Rusiya ilə Səudiyyə Ərəbistanı arasında razılaşma fonunda baş verib. 

Lakin bu gün səhər Qətərin OPEK-dən çıxmasını elan etməsinin "qara qızıl"ın qiymətinə mənfi təsir edəcəyi proqnozlaşdırılır.