İranda 19 ölkənin valyutası bahalaşdı

03 Oktyabr, 2019 11:22 | İqtisadiyyat | Baxış sayı: 62
Rial
Rial

Dolların rəsmi məzənnəsi 42 min riala çatıb

ABŞ sanksiyaları ilə üz-üzə olan İranda bir gündə 19 valyuta bahalaşıb. Bu barədə məlumatı ölkənin Mərkəzi Bankı yayıb. İndi bu ölkədə 1 ABŞ dolları 42 min, 1 avro isə 45 917 rialdır. 

"Qara bazar" da isə bu məbləğ daha yüksəkdir. Məsələn 1 dollar üçün 113-116 min, Avropanın vahid valyutası üçün isə 125-128 min rial tələb edilir.