Neftin qiyməti düşməyə başladı

03 Sentyabr, 2020 15:13 | İqtisadiyyat | Baxış sayı: 29
Neft
Neft

Londondakı ICE birjasında “Brent” markalı xam neftin 2020-ci il noyabr fyuçersinin qiyməti öncəki günün bağlanış qiyməti ilə müqayisədə 1,2% azalaraq 43,9 dollar/barelə düşüb.

İstiPress-in məlumatına görə, bunu birja məlumatları göstərir.

Bu növ neftin qiyməti sonuncu dəfə bu il avqustun 21-də 44 dollar/bareldən aşağı səviyyədə olub.