Biznes obyektlərdə pandemiya ilə bağlı izahat işləri aparılıb

03 Sentyabr, 2020 17:29 | İqtisadiyyat | Baxış sayı: 56
Quba
Quba

Qubada növbəti dəfə reyd keçirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Quba İH başçısı Ziyəddin Əliyev və pandemiya ilə əlaqədar yaradılmış operativ qərargahın üzvləri Quba şəhərindəki ictimai-iaşə, turizm obyektlərində, apteklərdə olub, həmin müəssisələrin rəhbərləri ilə pandemiya, onun təhlükəsi barədə geniş izahat işləri aparıblar. Rayon rəhbəri xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinin vacibliyini çox ətraflı şəkildə vətəndaşların və sahibkarların diqqətinə çatdırıb.

Quba rayonunun bütün yaşayış məntəqələrində pandemiya ilə bağlı izahat işləri və reydlər davam etdirilir.