Rusiyaya müharibə elanı

03 Avqust, 2017 07:46 | İqtisadiyyat | Baxış sayı: 447
ABŞ-Rusiya arasında ticari müharibə
ABŞ-Rusiya arasında ticari müharibə

Medvedev od püskürdü

"Sanksiyalar haqqında qanunu qəbul etməklə ABŞ Rusiyaya ticarət müharibəsi elan etdi". İstiPress-in məlumatına görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev deyib. 

Baş nazir bu açıqlamanı "Facebook" səhifəsindən verib. O, ABŞ prezidenti Donald Trampın Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi haqqında qərarını şərh edib. 

O, qeyd edib ki, Trampın imzaladığı qərar bir neçə amillə nəticələnib. "Birincisi bizim yeni admnistrasiya ilə münasibətlərimizin yaxşılaşmasına olan ümid bitdi. İkincisi Rusiyaya genişmiqyaslı ticari müharibə elan edildi və üçüncüsü Tramp admnistrasiyası tam gücüsüzlüyünü nümayiş etdirdi, ən alçaldıcı formada icraedici səlahiyyətini konqresə təhvil verdi". 

O, Rusiyanın yeni sanksiyaların da öhdəsindən gələ biləcəyini qeyd edib.