Rusiya yeni rubl buraxdı

03 Avqust, 2017 18:32 | İqtisadiyyat | Baxış sayı: 303

Pulun tirajı 500 min ədəd təşkil edəcək

Rusiya Mərkəzi Bankı avqustun 7-də 3 rubl nominalında yeni gümüş pul dövriyyəyə buraxacaq.

İstiPress Komsomolskaya pravda qəzetinə istinadən xəbər verir ki, "Georgi Pobedonoseç" adlanacaq pulun diametri 39 millimetrdir. Sikkənin üz tərəfində Rusiya Federasiyasının Dövlət gerbi təsvir olunub. Pulun tirajı 500 min ədəd təşkil edəcək.

Qanuni ödəniş vasitəsi sayılan pul yalnız Rusiya Federasiyası ərazisində istifadə olunacaq.