Bakıda əmək haqları artıb

03 İyul, 2019 15:23 | İqtisadiyyat | Baxış sayı: 235
Azərbaycan manatı
Azərbaycan manatı

Ən çox maaş verən sahələr açıqlanıb

Yanvar-aprel aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən paytaxtda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 820 manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.