Azərbaycan dərman istehsalına keçir

03 İyul, 2019 11:39 | İqtisadiyyat | Baxış sayı: 72
Dərman istehsalı
Dərman istehsalı

Əhalinin ən çox istifadə etdiyi dərman vasitələri istehsal ediləcək

Azərbaycanda iki dərman zavodunun tikilməsi ilə bağlı işlər davam etdirilir.

İstiPress-in məlumatına görə, bunu "Trend"ə Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

E.Ağayev bildirib ki, bu il zavodlardan birinin açılışının keçirilməsi nəzərdə tutulur. Zavodlardan biri Rusiya, digəri isə İran şirkəti ilə birgə tikilir.

Nazir müavininin sözlərinə görə, zavodlar fəaliyyətə başladıqdan sonra əhalinin ən çox istifadə etdiyi dərman vasitələri istehsal ediləcək.

Qeyd edək ki, dərman zavodları Pirallahı Sənaye Parkında tikilir.