“Azərsu”: Bakının içməli su təminatında problem olmayacaq

03 İyul, 2018 15:59 | İqtisadiyyat | Baxış sayı: 173
Su kranı
Su kranı

Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatorunun sıradan çıxması nəticəsində ölkənin su təchizatında yaranmış fasilələrin aradan qaldırılması üçün tədbirlər davam etdirilir.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, artıq Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin fəaliyyəti bərpa olunub: "Hazırda Oğuz-Qəbələ-Bakı magistral su kəməri ilə suyun paytaxta çatdırılmasına başlanılıb. Axşam saatlarına qədər anbarlara su vurularaq əhaliyə veriləcək. Hazırda bununla bağlı tədbirlər davam etdirilir. Sabahdan Bakının içməli su təminatında problem olmayacaq".