Neftin qiyməti çökdü

03 İyun, 2019 10:47 | İqtisadiyyat | Baxış sayı: 66
Neft
Neft

Qiymət 61 dollara kimi enib

Dünya birjalarında neftin qiyməti kəskisn ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,74 dollar geriləyərək 61,25 dollara düşüb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar ucuzlaşaraq 53,15 dollar təşkil edib.

Ucuzlaşma Azərbaycan neftinin qiymətində də hiss edilir.  “Azeri Light” markalı neftin bir barreli həftəni 2,66 dollar ucuzlaşma - 67,09 dollarla başa vurub. 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.