Neft rekorda gedir

03 Aprel, 2019 10:33 | İqtisadiyyat | Baxış sayı: 58
Neft
Neft

"Qara qızıl"ın qiyməti 71 dolları da keçib

Nefet dünya birjalarında öz mövqeyini sürətlə möhkəmləndirməyə davam edir. Dünya birjalarında "qara qızıl"ın qiyməti bahalaşır. 

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar artaraq 69,74 dollara çatıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,24 dollar bahalaşaraq 62,82 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar artaraq 71,16 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.