Dövlət Neft Fondunda yeni təyinat

03 Mart, 2020 17:41 | İqtisadiyyat | Baxış sayı: 131
Rövşən Nazim oğlu Cavadov
Rövşən Nazim oğlu Cavadov

Prezident İlham Əliyev sərəncam verdi

Prezident İlham Əliyevin Sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

IstiPress-in məlumatına görə, R. Cavadov 2014-cü ildən hazırkı tarixədək ARDNF-nin İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.

ARDNF-nin İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda ABŞ-ın Klark universitetində maliyyə üzrə magistr dərəcəsi alıb.