Neftin barreli 70 dolları keçəcək

03 Yanvar, 2018 18:17 | İqtisadiyyat | Baxış sayı: 130
Neft
Neft

OPEK+ ölkələri arasında əldə edilən razılaşma

Neft bazarı 2017-ci ili yetərincə optimist başa çatdırıb. 

İstiPress-in məlumatına görə, bu barədə "RİA Novosti"də bu gün dərc olunmuş analitik məqalədə vurğulanır. 

Məqalədə deyilir ki, son 2.5 il ərzində ilk dəfə dekabr ayında Brent  markalı neftin qiyməti 66 dolları keçib və bununla da 2014-2015-ci illərdəki  şok ucuzlaşmanı arxada qoyub. 

Bunula belə, "RİA Novosti"nin ekspertləri düşünürlər ki, gələn il neftin barelinin qiyməti 50-70 dollar arasında dəyişəcək. 

"2018-ci ildə neftin qiymətini sabit səviyyədə saxlayan amil OPEK+  ölkələri arasında əldə edilən razılaşma olacaq",- deyə məqalədə bildirilir.