Gürcüstan bütünlüklə Azərbaycan qazına keçir

03 Yanvar, 2018 18:40 | İqtisadiyyat | Baxış sayı: 137
Təbii qaz
Təbii qaz

İqtisadiyyat naziri təbii qaz balansını təsdiq edib

Gürcüstan 2018-ci ildə Rusiyadan qaz almayacaq.

İstiPress-in məlumatına görə, bu barədə "Qruziya-onlayn"  portalı məlumat verib. Portalın yazdığına görə, bu, Gürcüstanın iqtisadiyyat naziri Dmitri Kumsişvilinin ölkə üzrə təsdiq etdiyi təbii qaz balansında nəzərdə tutulur.

Sənədə görə, 2018-ci ildə ölkəyə proqnoz qaz  nəqli 2,689 milyard kubmetr olacaq. Bunun 99,65%-ni Gürcüstan Azərbaycandan alacaq. O cümlədən 1,866 milyard kubmetr qazı Gürcüstana SOCAR, 813 milyon kubmetr qazı isə "Şahdəniz" verəcək.  Qalan 0,35% (9,41 milyon kubmetr) isə yerli hasilat olacaq.

2017-ci ildə Gürcüstan Rusiyadan 100 milyon kubmetr qaz alıb,