Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 79 nəfərə yüksəlib.
İstiPress-in məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Türkiyənin İzmir şəhərində oktyabrın 30-da 6,6 bal gücündə zəlzələ olub, onlarla çoxmərtəbəli bina dağılıb. Yeraltı təkanlar nəticəsində xəsarət almış 962 nəfər xəstəxanalardan evə buraxılıb, 219 nəfərin müalicəsi davam etdirilir.