Neft dünyanı sevindirdi, Azərbaycanı isə ...

02 Oktyabr, 2019 11:41 | İqtisadiyyat | Baxış sayı: 105
Neft
Neft

"Brent" bahalaşıb, “Azeri Light” isə ucuzlaşır

Dünya birjalarında neftin qiyməti bahalaşmağa başladı. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,46 dollar artaraq 59,35 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,66 dollar bahalaşaraq 54,28 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,05 dollar geriləyərək 62,31 dollara düşüb. 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.