Hərbi hissələrdə siyahıyaalma tapşırığı

02 Oktyabr, 2019 11:55 | İqtisadiyyat | Baxış sayı: 48
Zakir Həsənov - Müdafiə naziri
Zakir Həsənov - Müdafiə naziri

Siyahıyaaalma operativ və vaxtında aparılacaq

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələblərinin icrası ilə bağlı oktyabr ayının 1-dən 10-dək ölkə ərazisində əhalinin növbəti siyahıyaalınması prosesi başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu prosesin icrası ilə əlaqədar Azərbaycan Ordusunda olan qapalı hərbi şəhərciklərdəki əhalinin siyahıya alınmasının operativ və vaxtında aparılması istiqamətində Müdafiə naziri tərəfindən vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub. Qısa müddət ərzində hazırlıq işləri başa çatdırılıb.