Türkiyə və Rusiya arasında ABŞ-a ziyan vuran qərar

02 Oktyabr, 2018 13:50 | İqtisadiyyat | Baxış sayı: 233
Rusiya və Türkiyə
Rusiya və Türkiyə

İki ölkə ilk dəfə olaraq ticarət də bu üsuldan istifadə edəcək

Türkiyə və Rusiya iki dövlət arasında ticarət zamanı milli valyutanın istifadəsinə başlayır. İstiPress-in məlumatına görə, Türkiyə ilk dəfə olaraq rus riblu ilə buğda alacaq. Milli valyuta ilə ediləcək ticarət 30 min ton həcmində olacaq.

Bir ton buğda üçün təqribən 17 min rub ödəniş ediləcək. Milli valyutadan istifadənin iki ölkə arasındakı ticarət dövriyyəsi zamanı daha az itkiyə yol açacağı gözlənilir. 

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan bir müddət öncə verdiyi açıqlamasında Rusiya kimi iri tərəfdaşlar ilə ticarət zamanı milli valyutadan istifadəni artırmaq niyyətində olduqlarını açıqlamışdı. Rusiya prezidenti Vladimir Putin də ona dəstək vermişdi.