Neft yenə dörd illik rekordunu yenilədi

02 Oktyabr, 2018 09:49 | İqtisadiyyat | Baxış sayı: 80
Neftin qiyməti
Neftin qiyməti

"Qara qızıl"ın qiyməti 85 dolları da keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,16 dollar və yaxud 1,37% bahalaşıb. "Azeri LT CIF" markalı neftin qiyməti 85,94 dollar/barelə bərabər olub. 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

"Brent" markalı neftdə özünün 4 il öncəki rekordunu yeniləməyə davam edir.

Neftin dünya birjalarında bahalaşaması davam edir. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 85,01 dollara çatıb. 

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiymətində də artım müşahidə edilir - 75,5 dollar.