Ermənilər Rusiya “Qazprom”una hücum edir

02 İyul, 2019 17:36 | İqtisadiyyat | Baxış sayı: 126
“Qazprom”
“Qazprom”

Yeni Moskva - İrəvan qarşıdurması

Rəsmi İrəvan mavi yanacağı “Qazprom”un təklif etdiyi qiymətə almaq istəmir.

Yeni Ermənistan hakimiyyəti “Qazprom”un törəmə müəssisəsini cərimələrlə təqib etməyə başalyıb. Hətta yerli ekspertlər artıq xəbərdarlıq ediblər ki, qazın qiymətinin düşməsini gözlməyə dəyməz, bundan ucuz ola bilməz. Yalnız ümidləri ona qalıb ki, bu münaqişə prezident Putinin Ermənistana səfəri zamanı həll edilə bilər - əgər belə bir səfər olacaqsa.

Tariflərin aşağı salınması üzrə danışıqlar artıq bir neçə aydır ki, gedir. Amma bununla bağlı anlaşma hələ də əldə edilməyib. Yada salıq ki, Rusiya “Qazprom”u 2019-cu ilin 1 yanvar tarixindən Ermənistan üçün qazın qiymətini artırıb. Qazın əsas təchizatçısı olan “Qazprom Armeniya”, yəni Rusiya “Qazprom”unun 100%-lik əmlakı olan şirkət işçilərin sayın 3 minə salmağa çalışır ki, bu da “Qazprom Armeniya”nın işində kəsilmələrə səbəb ola bilər.