Tramp koronavirusa görə Çini bu yolla cəzalandıracaq

02 May, 2020 11:54 | İqtisadiyyat | Baxış sayı: 226
Donald Tramp
Donald Tramp

"Əlbəttə ki, bu da bir variantdır"

ABŞ Prezidenti Donald Tramp, Çin mallarının idxalı üçün gömrük rüsumlarının artırılacağını bildirib.

İstiPress-in məlumatına görə, Donald Tramp bu barədə Ağ Evdə keçirilən "Yaşlıların Qorunması" tədbirində açıqlama verib. Prezident bildirib ki rüsumların artırılması ilə ABŞ-da koronavirus epidemiyasının yayılması nəticəsində yaranan iqtisadi ziyan kompensasiya olunacaq.

Həmçinin Çindən gələn mallara idxal tariflərinin artırılması ilə bağlı suala cavab verən Tramp, "Əlbəttə ki, bu da bir variantdır",-deyib. O, mövcud vəziyyətdən və bunun Çinlə əlaqəli olmasından açıq şəkildə narazı qaldığını bildirib.