Azərbaycan neftinin qiyməti yenə artdı

02 May, 2020 11:30 | İqtisadiyyat | Baxış sayı: 448
Bakı - Tbilisi - Ceyhan neft kəməri - Avropaya əsas ixrac xətti
Bakı - Tbilisi - Ceyhan neft kəməri - Avropaya əsas ixrac xətti

2,57% bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,59 ABŞ dolları, yaxud 2,57% artıb.

İstiPress-in məlumatına görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 23,51 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.