ABŞ İranı neftlə "vurdu"

02 May, 2019 09:12 | İqtisadiyyat | Baxış sayı: 204
ABŞ və İran
ABŞ və İran

Bu gündən neft alışına dair tam qadağa qüvvəyə minir

ABŞ-ın İrana qarşı sanksiyaları cümə axşamından, nəhayət ki, tətbiq olunduğu gündən yarım il sonra tam qüvvəsi ilə işə düşəcək. Vaşinqton mayın 2-dən İran neftinin idxalına müvəqqəti icazənin müddətini uzatmamaq qərarına gəlib.

Qərar artıq neftin qiymətinin bir barel üçün 75 dollardan yuxarı qalxmasına səbəb olub, lakin OPEK+ sazişinin iştirakçı ölkələrinin Tehrana qarşı sanksiyalar səbəbindən bazarda yarana biləcək istənilən boşluğu öz neftləri ilə dolduracaqlarına dair bəyanatları bazarı sakitləşdirib. Bununla yanaşı, Birləşmiş Ştatların özü də bazarda yanacaq defisitinə yol verməyəcəyini vəd edib.

Bu sanksiyalar ABŞ-ın birtərəfli olaraq İranla əldə edilən nüvə razılaşmasından çıxması ilə bağlıdır. İranla altılıq ölkələri arasında 2015-ci ildə əldə edilən razılaşmaya əsasən Tehran nüvə proqramını məhdudlaşdırmaqla BMT, ABŞ, eləcədə Avropa İttifaqı sanksiyalarını yüngülləşdirirdi. 

ABŞ bu müqavilədən çıxdığını elan etsə də, digər ölkələr razılaşmaya sadiq qalacaqlarını bəyan ediblər.