Azərbaycan dərmana 10 milyon ayırdı

02 Mart, 2020 11:00 | İqtisadiyyat | Baxış sayı: 90
Aptek
Aptek

Bu barəqə Baş nazir sərəncam imzalayıb

Baş Nazir Əli Əsədov dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə sərəncam imzalayıb.

Buna əsasən, dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 000 000 (on milyon) manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb.