Ermənistana göndərilən 1 milyard dolların sirri

02 Fevral, 2018 19:29 | İqtisadiyyat | Baxış sayı: 664
Milyard dollar - ARXİV
Milyard dollar - ARXİV

Rusiya nəzarət orqanlarının ortaya çıxardığı faktlar

Ötən 2017-ci ildə fiziki şəxslər Rusiyadan Ermənistana bank sistemi ilə  1 milyard 64,9 milyon dollar vəsait göndəriblər. 

İstiPress-in "Novosti-Armeniya"ya  istinadən yaydığı məlumata görə, bu barədə Ermənistan Mərkəzi Bankı məlumat yayıb. Bankın məlumatına görə, 2016-cı ilin göstəricisi ilə müqayisədə əmək miqrantlarının bank yolu ilə Rusiyadan göndərdikləri vəsaitlər 168 milyon dollar və ya 18,7 faiz artıb. 

"Sputnik Armeniya" portalı isə bir neçə məqalədə apardığı araşdırmalarla bu artımın sirrini açıb. Məlum olub ki, Ermənistandan keçən il Rusiyaya konyak ixracı 40 faizə qədər artıb. Portal Rusiyaya ixraj olunan konyakın yarıya qədərinin saxta məhsul olduğunu bildirib və bu zaman Rusiya nəzarət orqanlarına istinad edib. 

Portalın araşdırıb ortaya çıxardığı digər məsələ isə Ermənistandan Rusiyaya erməni məhsulu adı altında Türkiyə pomidorlarının ixraj edilməsi olub. Rusiya nəzarət orqanları müəyyən ediblər ki, Ermənistanda Rusiyaya ixraj edilən qədər pomidor istehsal etməyə imkan verən istixanalar yoxdur. Sadəcə, Rusiya Türkiyədən gətirilən pomidorlara idxal rüsumu tətbiq edir, amma Ermənistandan gətirilən pomidora yox, çünki Avrasiya İttifaqı daxilində istehsal edildiyi əsas götürülür. Ermənilər isə bu fərqdən yararlanaraq Türkiyə pomidorlarını Ermənistan pomidoru kimi Rusiyaya daşıyırlar.