“WhatsApp” bəzi smartfonlarda fəaliyyətini dayandırır

02 Yanvar, 2019 15:59 | İqtisadiyyat | Baxış sayı: 150
"WhatsApp"
"WhatsApp"

1,5 milyarddan çox qurğuda dayandı

“WhatsApp” messenceri bəzi smartfonlarda fəaliyyətini dayandıracaq.

İstiPress-in məlumatına görə, bununla bağlı şirkətin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, “Nokia Series 40” əməliyyat sisteminə malik telefon istifadəçiləri messencerdən istifadə edə bilməyəcəklər. Qeyd edilib ki, 2012-ci ildə dünyada “Nokia S40”ın müxtəlif versiyaları ilə işləyən 1,5 milyarddan çox qurğu olub.

Bundan başqa, 2020-ci il fevralın 1-dən bu dəyişiklik “Android 2.3.7” versiyalı smartfonlara da aid olacaq.