Rövnəq Abdullayev "Azəriqaz" da rəisləri işdən çıxardı

01 Noyabr, 2019 12:28 | İqtisadiyyat | Baxış sayı: 161
"Azəriqaz" İctimai Birliyinin binası
"Azəriqaz" İctimai Birliyinin binası

Onların yerinə təyinatlar da olub

SOCAR-ın mətbuat xidməti şirkətin idarə və müəssisələrinin rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı rəsmi məlumat yayıb. 

Məlumatda qeyd edilir ki, qurumun prezidenti Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi,

“Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru,

Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri,

Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi,

Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.