Neft qan qaraltdı

01 Noyabr, 2018 11:00 | İqtisadiyyat | Baxış sayı: 77
Neft
Neft

"Qara qızıl"ın qiyməti ucuzlaşmağa başlayıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşmağa davam edir. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,44 dollar ucuzlaşaraq 75,47 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar geriləyərək 65,03 dollar olub.

Azərbaycan neftinin qiyməti də aşağı düşür.  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar ucuzlaşaraq 77,23 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.