Neft iki il sonra rekord vurdu

01 Noyabr, 2017 10:06 | İqtisadiyyat | Baxış sayı: 298
Neft buruğu
Neft buruğu

"Qara qızıl" bahalaşır

Dünya bazarında neftin qiyməti artmaağa başlayıb. istiPress-in məlumatına görə, 2qara qızıl"ın qiyməti  son iki ildə ilk dəfə olaraq 61 dolları keçib.

"Brent" markalı neftin qiyməti 2015-ci ilin 3 iyulundan sonra ilk dəfə olaraq 61 dolları ötüb. 0,79%  faiz bahalaşan neftin bareli 61,02 dollara çatıb. 

Bahalaşma WTI markalı "qara qızıl"da da qeydə alınıb -  0,55% (54,66 dollar).

Azərbaycanın dünya bazarına çıxardığı xam nefti bahalaşıb.  "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,73 dollar və yaxud 1,19% artıb. İndi bu markadan olan neftin bir barelinin qiyməti  62,2 dollara bərabərdir. 

Xatırladaq ki, Azərbaycan neftinin ən aşağı qiyməti 2001-ci ildə qeydə alınmışdı - 19 dollar, 2008-ci ildə isə maksimal qiymət qeydə alınıb -  149 dollar.