Kimin maaşı nə qədər artır?

01 Sentyabr, 2019 10:50 | İqtisadiyyat | Baxış sayı: 1298
Manat
Manat

Müəllimlər, hərbçilər, sərhədçilər və ...

Bu gündən etibarən Azərbaycanda büdcədən maliyyələşən bir sıra nazirlik və təşkilatların işçilərinin aylıq maaşlarında ciddi ölçüdə artım qüvvəyə minib. Maaş artımları barədə sərəncamlar bu il iyunun 18-də prezident İlham Əliyev tərəfindən imzalanmışdı. 

Sərəncamlara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. 

Bundan başqa Müdafiə Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşları orta hesabla 40 faizi həcmində artırılır. 

Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı da vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində olacaq. 

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla),Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

MSK üzvləri isə sentyabr ayından  etibarən 50 faiz çox maaş alacaqlar.