Bu gündən Azərbaycanda maaşlar artır

01 Sentyabr, 2019 10:00 | İqtisadiyyat | Baxış sayı: 329
Azərbaycan manatı
Azərbaycan manatı

Minimum əmək haqqı 250 manat olacaq

Bu gündən etibarən Azərbaycanda minimum əməkhaqqı artır. Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında iyunda imzaladığı sərəncam sentyabrın 1-dən qüvvəyə minir. 

Sərəncamda qeyd edilir ki, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin. Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 180 manat təşkil edib. Minimum əməkhaqqının artımı 950 minədək vətəndaşı əhatə edəcək. 

Oktyabrın 1-dən isə  əmək pensiyasının minimum məbləği 160 manatdan 200 manata çatdırılacaq.