Neftimiz bahalaşır

01 Sentyabr, 2018 14:32 | İqtisadiyyat | Baxış sayı: 52
Neft hasilatı
Neft hasilatı

"Brent" isə yeni aya ucuzlaşma ilə başlayıb

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.  Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar ucuzlaşaraq 77,42 dollara satılır.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,45 dollar azalaraq 69,80 dollar olub.

Azərbaycan neftinin qiyməti isə artıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar bahalaşaraq 79,38 dollar təşkil edib.