Ermənistan böyük yanğınla üz-üzə

01 Sentyabr, 2017 11:18 | İqtisadiyyat | Baxış sayı: 290
Yanğın
Yanğın

Ölkə iqtisadiyyatı çökür

Ermənistanın paytaxtı İrəvanda "Nairit" kimya sənayesi zavodunda baş verən partlayış və yanğın ölkə iqtisadiyyatına nəniki ziyan vurdu, həm də çoxdan dağılmağa başlayan sahələri də açıq-aşkar üzə çıxardı.  

Erməni qəzeti "Aykakan Camanak" müəyyən edib ki, ölkə Rusiyaya özünün deyil, Türkiyədə istehsal olunan pomidorları ixrac edib. Ermənistanda tərəvəz yetişdirib Rusiya bazarlarına göndərmək üçün istilik və qazanxana mövcud deyil. 

Pomidorlar Türkiyədən alınır. Çünki orda əkin və məhsuldsarlıq yüksəkdir. Sonra ermənilər tərəvəzi rusiya bazarlarına göndərir. Hətta buna siyasi qiymətdə veriblər. "Erməni xalqı ruslara həmişə kömək edəcək". Təbii ki, müvafiq əməliyyatlar kənd təsərrüfatında heç bir yüksəlişə səbəb olmayacaq.

Bu gün İrəvanda belə bir tələb var ki, çörək və çörək məhsulları yalnız xüsusi avadanlıqlarla daşınsın. Görünür ki, buna qədər heç bir çörək daşınması olmayıb.

Təəccüblüsü budur ki, çörək istehsalçıları bu gün xəbərdarlıq ediblər ki, ya onlar qiyməti qaldıracaq, ya da çəkisini azaldacaqlar.

Bu cür iqtisadi vəziyyət nəinki sadə adamlara, o cümlədən oliqarxlara da təsirsiz ötüşmür. Erməni mətbuatının yazdığına görə, keçmiş baş nazir Ovik Abramyan öz varidatını satmağa qərar verib. Bu isə heç də böyük deyil. Keçmiş nazir ölkədə qazdolduran stansiyalar şəbəkəsinin sahibidir.

İrəvan meri isə heç bir böhran tanımır. O, konyak zavodundan 500 konyak alıb. Mer bunun üçün 25 min dollar pul xərcləyib(11 mln.850 min dram). Merin bu içkiləri "Erebuni-İrəvan" festivalı üçün aldığı deyilir. 

Ölkədə hər 3 nəfərdən biri yoxsulluq həddində olduğu, ordunun 80-ci illərin silahından istifadə etdiyi, meşə yanğınlarının söndürülməsi üçün FHN-nin lazımi texnikasının olmadığı bir şəraitdə, merin öz əyləncəsinə bu qədər pul xərcləməsi dəhşətli bir mənzərə yaradır.

Erməni mətbuatının yazdığına görə, hazırda ölkənin iqtisadiyyatı öz yanğınını gözləyir. Bu yanğını isə söndürmək çox çətin olacaq. Hətta mümkün texnika alınsa da.

Mayis Məmmədov//əməkdar jurnalist