İlham Əliyev bahalaşmadan danışdı

01 Avqust, 2019 10:39 | İqtisadiyyat | Baxış sayı: 110
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Dövlət başçısı süni artımla mübarizə üçün tapşırıq verib

"Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur". Prezident İlham Əliyev dünən keçirdiyi iclasda müvafiq qurumlara bu məsələ ilə ciddi məşğul olmağı tapşırıb.

"Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır".

Dövlət başçısı deyib ki, bu sahə daim diqqət mərkəzində olmalıdır.