Azərbaycanda uçot dərəcəsi sabit saxlanılıb

01 Avqust, 2017 14:36 | İqtisadiyyat | Baxış sayı: 48
Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) iclası keçirilib.

Qurumdan İstiPress-ə verilən məlumata görə, iclasda uçot dərəcəsinin indiki 15% səviyyəsində saxlanılması barədə qərar qəbul edilib.

AMB-nin rəhbərliyi həmçinin faiz dəhlizinin yuxarı və aşağı həddinin dəyişməz (18% və 10%) saxlanılmasına qərar verib. 

Qeyd edək ki, İH-nin növbəti iclası sentyabrın 18-də olacaq.