Sosial ödənişlər bütün bankomatlardan faizsiz veriləcək

01 İyul, 2020 15:35 | İqtisadiyyat | Baxış sayı: 61
Manat
Manat

Vətəndaşlar COVID-19 pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında sıxlığın idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın bankomatından, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomat və ya pos-terminalından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərlər.

İstiPress-in məlumatına görə, hər hansı sual olacağı təqdirdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə, Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə isə 966 - Qaynar xəttinə zəng edə bilərsiniz.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası birgə məlumat yayıb.