Neftin qiyməti rekord səviyyəyə çatdı

01 İyul, 2017 11:06 | İqtisadiyyat | Baxış sayı: 165
Neft
Neft

Qara qızıl həftəni rekord səviyyədə başa vurub

Ötən gecə həftənin son alqı-satqı sessiyası neftin bu həftə üçün rekord qiymətində başa çatıb.

İstiPress xəbər verir ki, “Brent” markalı neftin sentyabr fyuçersinin 1 barreli həftəni 48,98 dollar səviyyəsində bitirib.

Başqa sözlə, cümə günü ərzində qiymət 1,35 dollar, yaxud 2,83% yüksəlib.