Neftin qiyməti üzü aşağı getdi

01 İyun, 2019 10:47 | İqtisadiyyat | Baxış sayı: 37
Neft
Neft

"Qara qızıl" bir necə gündə 5 dollara yaxın dəyər itirib

Dünya birjalarında neftin qiymətində kəskin ucuzlaşma müşahaidə edilir. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,38 dollar geriləyərək 64,49 dollara enib.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 3,09 dollar ucuzlaşaraq 53,50 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti də ötən gün 1,39 dollar ucuzlaşaraq 69,75 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.