Prezident “Azəriqaz”a xəbərdarlıq etdi

01 May, 2019 11:02 | İqtisadiyyat | Baxış sayı: 127
Azəriqaz
Azəriqaz

"Özü birtərəfli hansısa qaydalar tətbiq edir, insanlara problemlər yaradır"

"“Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır".  Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib. 

O, bildirib ki, buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır.

"Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".